İsrail Latın Amerikasında İranın təsirini azaltmağa cəhd göstərir
21 İyul 2009 Çərşənbə Axşamı 23:10
Aviqdor Liberman Braziliyaya səfər edib

Bu gün İsrailin xarici işlər naziri Aviqdor Liberman Braziliyaya səfər etməklə Latın Amerikası turnesinə başlayıb. ANS PRESS-in “BBC”yə istinadən verdiyi xəbərə görə, 10 ildən artıq müddət ərzində həyata keçirilən ilk turnedə əsas məqsədlərdən biri regionda İranın artan təsirinin azaldılmasıdır.

Liberman Brazliya ilə yanaşı Argentina, Peru və Kolumbiyaya səfər edəcək.

Lakin Libermanın turne proqramına regionda İranın ən yaxın müttəfiqi olan Venesuelaya səfər daxil deyil. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar