“İsrail İranın nüvə təsislərini vurmaq üçün Amerikadan izn istəyib”. “CNN Türk”ün xəbərinə görə bu iddianı Küveytdə nəşr olunan “Əl-Cəridə” qəzeti yazıb. Məlumata görə, iyun ayında İranda keçirilən prezident seçkilərindən sonra baş vermiş daxili münaqişələr vaxtı İsrail İranın nüvə təsislərini və bəzi hərbi bazalarını vurmaq üçün icazə istəyib. Baş nazir Benyamin Netanyahu tərəfindən Barak Obamaya çatdırılan yazılı tələbin altında prezident Şimon Peresin də imzası olub. Xəbər mənbəyi Obama adminstrasiyasının bu tələbə qarşı olduğunu bildirib. Bu etiraz İsraili xəyal qırıqlığına düşürüb və əməliyyat təxirə salınıb. /ANS PRESS/