İsrail İrandan qisas alacağını bildirdi
15 Fevral 2012 Çərşənbə 11:47
Ehud Barak Banqkokda baş verən 3 partlayışa görə İranı ittiham edib.
İsrail dünən Taylandın paytaxtı Banqkokda baş verən 3 partlayışa görə İranı ittiham edib. İsrailin müdafiə naziri Ehud Barak bəyan edib ki, İsrail Banqkokda həyata keçirilən partlayışların arxasında İran hökumətinin dayandığını bilir və bunun qisasını alacaq.

Xatırladaq ki, dünən Banqkokda 1-i İran vətəndaşı olduğu iddia edilən 4 nəfərin yaralanması ilə nəticələnən partlayışları elə həmin iranlının törətdiyi bildirilir. İranlı partlayıcı qurğunun yanında partlaması nəticəsində ayaqlarını itirib. Onunla əlbir olduğu ehtimal edilən daha 1 nəfər Banqkok hava limanında saxlanıb. 1 nəfər isə axtarışdadır.

Qeyd edək ki, Taylandda partlayışlar Hindistanda İsrail diplomatlarına sui-qəsd, Gürcüstanda isə sui-qəsdə cəhddən 1 gün sonra baş verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar