İsrailin baş naziri Benyamin Netanyahu da bu gün şəxsən gəmidə incələmələr aparacaq.
İsrail hərbi dəniz qüvvələri Qəzza zolağına gedərkən saxlanılan İran gəmisi barədə şok görüntülər yayıb. ANS PRESS-in xəbərinə görə, yayılmış yeni görüntülərdə İrana aid olduğu iddia olunan gəmidə sement torbalarının altında gizlədilmiş raket başlıqları var.
Məlumata görə, İsrailin baş naziri Benyamin Netanyahu da bu gün şəxsən gəmidə incələmələr aparacaq.
Xatırladaq ki, martın 5-də İrandan Qəzza Zolağına gedən gəmi İsrail hərbi dəniz donanması tərəfindən saxlanılaraq “içində rəket başlıqları var” iddiası ilə Eylat (Eilat) limanına aparılmışdı.