İsrail İran və Suriyaya qarşı müharibənin vaxtını açıqlayıb?
07 Dekabr 2011 Çərşənbə 13:37
İlin sonunda müharibə başlaya bilər.
İsrail və Suriya Yaxın Şərqdə yeni müharibənin tarixini açıqlayıblar. ANS PRESS-in "Debka" saytına istinadən verdiyi məlumata görə, İsrailin baş naziri Binyamin Netanyahu və Suriya prezidenti Bəşər Əsəd ötən həftənin sonu faktiki olaraq regionda müharibənin vaxtını təyin ediblər. Ən əsası isə bu müharibədə İran da iştirak edəcək.
Artıq məsələ ilə bağlı bir sıra siyasi analitiklər rəy verməyə başlayıblar. Ümumi ehtimallara görə, müharibə 2011-ci ilin dekabrın ortalarından 2012-ci ilin yanvar ayının ortalarına kimi davam edəcək:
İlk əlamət – ötən həftənin sonunda Suriyanın şərqində ölkə ordsunun irimiqyaslı təlimləri keçirilib. İsrail və Qərb KİV-də bu təlimlər ölkədə baş verən iğtişaşların olmasına baxmayaraq hələ də ordunun raket gücünün mövcud olmasını göstərmək kimi xarakterizə olunub. Əslində isə ekspertlər əmindirlər ki, təlimlər tammiqyaslı müharibəyə hazırlıq məqsədi daşıyır.
İkinci əlamət- İsrailin hökumət başçısı Benyamin Netanyahunun bazar günü axşam ölkənin birinci baş naziri David Ben-Qurionun xatirə gecəsindəki çıxışı. Analitiklər həmin gecədəki baş nazirin nitqini İrana qarşı müharibənin başlanmasının labüd olması kimi qiymətləndiriblər.
Üçüncü əlamət- son həftələr Birləşmiş Ştatların İsrailə misilsiz təzyiqləri.
Dördüncü əlamət- Rusiya və ABŞ-ın Suriya və İran ərazisində hərbi resurslarını yerləşdirməsi.
DOSTLARINLA PAYLAŞ: