Israil hökumetinden tehlükeli qerar
12 Avqust 2013 Bazar Ertəsi 00:52
İsrail-Felestin sülh danışıqlarının getdiyi bir vaxtda, yeni yehudi meskenlerinin tikintisine qerar verildi.
İsrail Yenidənqurma Nazirliyi, Yaxın Şərq sülh danışıqlarının ikinci turu başlamamış, Qüds və Qərb Şəriyədə yeni yəhudi məskənlərinin salınması ilə bağlı qərar verib.
ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, yenidənqurma naziri Uri Ariel verdiyi açıqlamasında bildirib ki, Şərq Qüds və Qərb Şəriyədə 1200 yeni mənzilin tikintisi üçün tender elan olunacaq.
Mənzillərdən 800-nün Şərqi Qüdsdə, 400-nün də isə Qərb Şəriyəda inşa ediləcəyini deyən nazir qeyd edib ki, dünyada heç bir dövlət tikəcəyi binanı harada inşaat edəcəyi ilə bağlı digər ölkələrdən təlimat almır. O, bölgədə yeni yəhudi məskənlərinin tikintisinin davam edəcəyini vurğulayıb.
İsrail mətbuatı isə ABŞ hökumət nümayəndələrinin verdiyi açıqlamalara istinad edərək qeyd edib ki, bu qərar uzun fasilədən sonra başlayan sülh danışıqlarını təhlükəyə ata bilər.
Fələstin Qurtuluş Təşkilatının üzvü Vasil Əbu Yusuf isə Yenidənqurma nazirliyinin bu qərarından dərhal sonra verdiyi bəyanatda, Fələstinin İsraillə sülh müzakirələrinə girməklə böyük səhvə yol verdiyini bildirib: “Bu qərar, Fələstinin İsraillə müzakirələrə xalqın və Fələstin təşkilatlarının fikirləri ilə hesablaşmadan və ABŞ-ın təzyiqinə boyun əydiyi üçün başlamaqla nə qədər böyük bir səhvə yol verdiyini göstərir”.
DOSTLARINLA PAYLAŞ: