İsrail hökuməti Türkiyəyə rəsmi üzrxahlıq məktubu göndərib
13 Yanvar 2010 Çərşənbə 16:30
İsrail hökuməti Türkiyəyə rəsmi üzrxahlıq məktubu göndərib.
APA-nın “Vatan” və “Habertürk”ə istinadən verdiyi məlumata görə, məktubun mətni hələlik açıqlanmayıb.
Türkiyə Xarici İşlər Nazirliyi məktubu təhlil etdikdən sonra müvafiq açıqlama verəcək.

İsrailin xarici işlər naziri Aviqdor Liberman da ilk dəfə olaraq qalmaqala münasibət bildirib. A. Liberman Türkiyə ilə illərdir yaxşı münasibətlərə malik olduqlarını, türk dövləti və xalqına hörmət bəslədiklərini söyləyib. O, Türkiyədən də hörmət və ciddi münasibət gözlədiklərini, bəzi mövzularda fikir ayrılıqları olmasına baxmayaraq, problemlərin dialoq yollu ilə həll edilə biləcəyini vurğulayıb. A. Liberman Türkiyə ilə münasibətlərdə problem yaratmaq və bu ölkə ilə mübahisə etmək istəmədiklərini bəyan edib.

Xatırladaq ki, İsraildə Türkiyə səfiri Oğuz Çelikkola qarşı nümayiş etdirilən nəzakətsizlikdən sonra Türkiyə XİN bu ölkədən rəsmi üzrxahlıq tələb etmişdi. Türkiyə prezidenti Abdulla Gül isə bu axşama qədər İsrailin rəsmi şəkildə üzr istəməyəcəyi təqdirdə səfirin geri çağırılacağını bildirmişdi. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar