İsrail hökuməti qanunsuz tikililəri sökür
05 Sentyabr 2011 Bazar Ertəsi 23:34
Evləri sökülmüş Miqron qəsəbəsinin sakinləri buna cavab olaraq fələstinlilərə məxsus məscidi yandırıb.
Ötən gün İsrail ordusu İordan çayının Qərb sahilində yerləşən 3 qanunsuz tikilini yerlə yeksan edib. 50 yaxın yəhudi ailəsinin yaşadığı Miqron qəsəbəsi İordanın Qərb sahilinin işğal olunmuş hissəsində yerləşir. Evləri sökülən yəhudilər qonşuluqda yaşayanların dəstəyi ilə məhkəmə qərarının icraçılarına mane olmağa çalışıb. Nəticədə təhlükəsizlik qüvvələri ilə sakinlər arasında qarşıdurma yaranıb.

Polislə toqquşma zamanı 6 sakinin saxlanıldığı deyilir. Polis və hərbçilər etiraz aksiyasını dağıtdıqdan sonra buldozerlər sökülməsi haqqında qərar verilmiş həmin evləri yerlə yeksan edib. Məhkəmənin evlərin İsrail qanunvericiliyinə zidd olaraq qadağan olunmuş ərazilərdə tikildiyinə görə bu qərarı verdiyi deyilir.

Qeyd edək ki, hadisədən bir neçə saat sonra İordan çayının Qərb sahilinin fələstinli sakinləri kənd məscidinin yandırıldığı haqqında xəbər verib. Vandalların yandırılmış məscidin divarlarına yazdığı yazılar məscidin Miqron sakinləri tərəfindən yandırıldığını göstərir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar