İsrail hökuməti məscidə hücumu pislədi
13 Dekabr 2009 Bazar 05:00
Baş nazir Bnyamin Netanyahu günahkarların tapılmasını və cəazalandırılmasını tələb edib
İsrailin baş naziri Binyamin Netanyahu İordan çayının qərb sahilində məscidə edilən hücumu pisləyib. O günahkarların tapılmasını və cəazalandırılmasını tələb edib.

Hücum cümə axşamı baş verib. Məscidin ibadət zalı və kitabxanası yandırılıb. Basqınçılar məscidin divarlarına ivrit əlifbaçı ilə təhqiramiz ifadələr yazıblar. Bundan bir qədər sonra isə məscidin yerləşdiyi Yasuf yaşayış məntəqəsində yerli sakinlərlə İsrail hərbçiləri arasında qarşıdurma yaranıb.
Hakimiyyət hücumda radikal yəhudi köçkün qruplarının əli olduğunu ehtimal edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar