İsrail Gürcüstana silah satışını Rusiyanın təzyiqi nəticəsində əhəmiyyətli dərəcədə azaldıb. Bu barədə məlumatı Türkiyənin "Habertürk" saytı yayıb. İsrail və gürcü rəsmiləri məlumatı təsdiqləyiblər.
Gürcüstanın İnteqrasiya naziri Timur Yakobaşvili İsrailin "Yerusalim Post" qəzetinə açıqlamasında "bildiyim tək şey münasibətlərimiz davam edərkən, İsrailin Gürcüstana satmaq istəmədiyi bəzi hərbi avadanlıqların olmasıdır"-deyə bildirib. Nazir "buna qətiyyən embarqo deyə bilmərəm" ifadəsini işlədib.
Qeyd edək ki, İsrailin müdafiə səneyisi ilə bağlı avadanlıqlar istehsal edən firmaları bu vaxta kimi Gürcüstana pilotsuz təyyarələr də daxil olmaqla geniş çeşidli hərbi qurğular satıb. Ancaq Rusiya ilə Gürcüstan baş verən münaqişədən sonra Moskva silah satışını azaltmaq üçün İsrailə təzyiqlər edib.
Xatırladaq ki, İsraildə müdafiə sənayesi malları istehsal edən 600-dən artıq firma var. /ANS PRESS/