İsrail günhakarı tapdı
12 İyul 2010 Bazar Ertəsi 12:40
"Mavi Mərmərə"yə hücuma görə məsuliyyət Hərbi Dəniz Qüvvələrinin üstünə atılır.
İsrail hökuməti 31 mayda Qəzza zolağına yardım aparan "Mavi Mərmərə" gəmisinə edilən silahlı basqın və 9 Türkiyə vətəndaşının qətlə yetirilməsi ilə bağlı açıqlama yayıb. ANS PRESS Türkiyənin “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İsrail ordusunun daxilində yaradılan araşdırma komitəsinin apardığı işlərin nəticəsi sabah açıqlabacaq. İsrail ordusunun keçmiş komandanları isə bildiriblər ki, baş verənlərə görə Hərbi Dəniz Qüvvələrinin komandanı və onun kəşfiyyat xidməti günahkardır.

İsrailin “Ynet” qəzetinin yazdığına görə, keçmiş komandanlar Hərbi Dəniz Qüvvələrinin komandanı general Əli Maromun istefa verməsi və ya ordudan kənarlaşdırılmasının vacib olduğunu qeyd ediblər. Sabah açıqlanacaq hesabatda da Səniz Qüvvələrinin və komandanlarına qarşı tənqidlərin olacağı proqnozlaşdırılır.

Hərbi Dəniz Qüvvələrinin təqaüdə çıxan generallarından biri isə “Ynet” qəzetində deyib ki, içində insanlar olan bir gəminin göyərtəsinə heç bir halda hərbçi endirilə bilməz: “Bəlli olan odur ki, mətbuatın manşetinə çevrilə biləcək bir hadisənin törədilməsi planlaşdırılıb və bu səbəbdən yanlış addım atılıb”.

General baş verənlərə görə məsuliyyət daşıyan ünvanın yalnız Hərbi Dəniz Qüvvələri olduğunu önə çəkib və onları uğursuz addım atmaqda suçlayıb. General bu uğursuzluğa görə cavab verilməli olduğunu da qeyd edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar