İsrail geri çəkilmək istəmir
13 İyun 2010 Bazar 16:35
Benyamin Netanyahu Qəzza zolağına humanitar yardım göndərilməsinin əleyhinədir.
İsrailin baş naziri Benyamin Netanyahu “Likud” partiyasından olan nazirlərlə görüş keçirib. İclas zamanı Netanyahu “Azad Qəzza” gəmilərinə qarşı keçirilən əməliyyatları araşdırmaq üçün hakim təyin etdiyini açıqlayıb. Hökümət başçısı komissiyanın yaradıldığını da bildirsə də, onun üzvləri barədə heç bir məlumat verməyib.

Baş nazir Qəzza zolağına yollanacaq silah-sursatla dolu gəmilərin bundan sonra da tutulacağını və onların Qəzzaya keçməsinə imkan verməyəcəklərini deyib. Nazir ölkəsinin Qəzza zolağına humanitar yardım göndərməsinin əleyhinə olduğunu da əlavə edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar