İsrail Fələstin ilə danışıqları kəsdi
24 Aprel 2014 Cümə Axşamı 23:23
İsrail hakimiyyəti Fələstinlə danışıqları kəsdiyini bildirib. Təl-Əviv FATH və HAMAS təşkilatlarının barışmasını qəbul edə bilmir.
İsrail hakimiyyəti Fələstinlə danışıqları kəsdiyini bildirib.
ANS PRESS-in məlumatına görə, Təl-Əviv buna FATH və HAMAS təşkilatlarının barışmasının buna səbəb olduğunu bildirib.
İsrail Nazirlər Kabineti qərara alıb ki, İsraili məhv etməyə çağıran HAMAS-ı dəstəkləyən Fələstin hökuməti ilə danışıqlar aparmayacaq. Bu barədə İsrail baş naziri Binyamin Netanyahu öz “Twitter” səhifəsində yazıb. Həmçinin Netanyahu bildirib ki, Fələstin Milli Administrasiyasına qarşı cavab addımları atılacaq.
Hər iki hərəkatın barışması barədə məlumat FATH və HAMAS təşkilatlarının nümayəndələrinin iştirak etdiyi mətbuat konfransında bildirilib. Tərəflər bəyan ediblər ki, beş həftə ərzində milli vəhdət hökumətinin yaradılması, yarım il ərzində yeni seçkilər keçirilməsi barədə anlaşma əldə ediblər.
DOSTLARINLA PAYLAŞ: