İsrail Felestin danışıqlarının birinci raundu İsrailde keçirilecek
03 Avqust 2013 Şənbə 11:36
Danışıqlar Ramazan bayramından, daha deqiq, avqustun 11-den sonra başlayacaq.
İsrail-Fələstin birbaşa danışıqlarının birinci raundu avqustun ortalarında İsraildə keçiriləcək.
Trend RİA Novosti-yə istinadən bildirir ki, bu barədə "Reuters" agentliyi İsrail Dövlətinin ədliyyə naziri Tsipi Livniyə istinadən xəbər yayıb.
Bundan əvvəl Fələstinin xarici işlər naziri Riyad Maliki demişdi ki, danışıqlar Ramazan bayramından, daha dəqiq, avqustun 11-dən sonra başlayacaq.
Sülh danışıqlarında İsrail nümayəndə heyətinə başçılıq edən T.Livni bildirib: "Biz fələstinlilərlə ilk görüşlərin bir dəfə İsraildə, bir dəfə isə Fələstin Muxtariyyətinin ərazisində keçirilməsi barədə razılığa gəldik. Qarşıdakı görüş avqustun ikinci həftəsində İsraildə baş tutacaq".
DOSTLARINLA PAYLAŞ: