"İsrail Ermənistanla yaxınlaşsa, özü özünə ziyan vuracaq"
20 Sentyabr 2011 Çərşənbə Axşamı 12:55
“İsrailin qondarma “erməni soyqırımı” kimi tələyə düşə biləcəyinə inanmıram"
İsrailin qondarma “erməni soyqırımı”nı tanıması, hər şeydən əvvəl, Təl-Əvivin özünə zərbə vuracaq. Bu barədə Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.

“İsrailin qondarma “erməni soyqırımı” kimi tələyə düşə biləcəyinə inanmıram. Çünki, belə olan halda, İsrailin maraqlarına zərbə vurulacaq”, - deyə millət vəkili bu yaxınlarda İsrailin xarici işlər naziri Aviqdor Libermanın səsləndirdiyi planı şərh edərkən vurğulayıb.

Qeyd edək ki, bu plan iki bənddən – “türklərlə qarşıdurmada ermənilərlə kürdlərin dəstəklənməsi”ndən ibarətdir.

Milli Məclisin deputatının sözlərinə görə, Azərbaycan İsrailin Ermənistanla bu cür yaxınlaşmasına qarşı çıxır. “Hər halda, əgər İsrail rəhbərliyi qondarma “erməni soyqırımı”nı tanısa, bu addım İsrailin özünün milli maraqlarına ciddi zərbə vuracaq”, - deyə A.Mirzəzadə vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar