İsrail ehtiyatda olan hərbi qulluqçuları orduya çağırır
29 Avqust 2013 Cümə Axşamı 10:48
Ölkənin şimalına əlavə hava hücumundan müdafiə və raketdən müdafiə kompleksləri gətirilib.
İsrail hökuməti avqustun 28-də ehtiyatda olan hərbi qulluqçuların həqiqi orduya çağrılması ilə bağlı qərar qəbul edib.
ANS PRESS “Agence France-Presse”ə istinadən bildirir ki, xidmətə çağırılmış ehtiyat hərbi qulluqçularının dəqiq sayı bilinmir. Yalnız o bəllidir ki, bu Suriya sərhədində yerləşən bölmələri gücləndirəcəklər.
Bundan başqa, bir neçə saat öncə İsrailin şimalına əlavə hava hücumundan müdafiə və raketdən müdafiə kompleksləri gətirilib.
DOSTLARINLA PAYLAŞ: