İsrail Əhmədinejada sui-qəsd hazırlayıb?
18 İyul 2009 Şənbə 15:35
İranın kəşfiyyat naziri bildirib ki, İsrail İran prezidentində qaşrı sui-qəsd planlaşdırıb

 

İsrailin, İran prezidenti Mahmud Əhmədinejada qarşı sui-qəsd təşkil edilməsi üçün Xalqın Mücahidləri Təşkilatıyla Birlikdə Plan qurduğu ortaya çıxıb. "Haberler.com" saytının məlumatına görə, bu barədə İranın kəşfiyyat naziri Qulam Hüseyn Muhsini Ejei bildirib.

"Sionist rejim, Əhmedinejada sui-qəsd təşkil etmək üçün Misir və Fransada Xalqın Mücahidləri Təşkilatının terrorçularıyla  bir araya gələrək plan qurub", deyə nazir qeyd edib. Muhsini Ejei, sui-qəsd planının həyata keçirilməsi üçün İsrailli rəsmilərin terrorçularla bir neçə dəfə görüşdüyünü bildirib. Xalqın Mücahidləri Təşkilatının terrorçularının ABŞ-ın terrorçu təşkilatlar siyahısında olduğunu xatırladan Muhsini Ejei, təşkilatın, əməkdaşlığa qarşılıq olaraq, adının terrorçu təşkilatlar siyahısından çıxarılması üçün İsraildən kömək istədiyini qeyd edib.

Qeyd edək ki, təxminən 30 ildir ki, İraqdakı Əşrəf düşərgəsində yerləşən təşkilatın İran əleyhinə terror törətdiyi və  dövlət adamları da daxil olmaqla minlərlə iranlının həlak olduğu bildirilir./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar