ABŞ-ın müdafiə naziri Robert Qeyts İsrailə səfəri zamanı İranı sentyabradək Vaşinqtonun diplomatik təklifinə сavab verməyə çağırıb. ANS PRESS-in “BBC”yə istinadən verdiyi xəbərə görə, onun israilli həmkarı Ehud Barak Qüdsdə Qeytslə danışıqlardan sonra bildirib ki, İrana qarşı hərbi əməliyyatların aparılması mümkün variant olaraq qalmaqdadır.
Robert Qeyts İsraildə danışıqlar apardıqdan sonra İordaniyaya səfər etməyi planlaşdırır. Burada o, Kral Abdulla ilə görüşəcək. /ANS PRESS/