İsrail Dəməşqin ətrafını bombaladı
31 Yanvar 2013 Cümə Axşamı 02:03
Rəsmi Dəməşq: Bu hücum İsrailin Türkiyə və Qətərlə birlikdə Suriyaya qarşı terror kampaniyasında iştirakının sübutudur.
İsrail Hərbi Hava Qüvvələri Suriya Müdaifə Nazirliyinin Dəməşq yaxınlığındakı elmi-tədqiqat mərkəzi obyektlərindən birini bombalayıb. Suriya tərəfinin məlumatına görə, bombardman nəticəsində böyük maddi ziyan vurulub, mərkəzin iki əməkdaşı həlak olub, beş nəfər isə yaralanıb.

İsrail təyyarələri İsrailin hava məkanına ötən gün səhər saatlarında dazil olublar və radarlar onları qeydə alıb. Rəsmi Dəməşq İsrail təyyarələrinin Suriyadan Livana gedən hərbi karvana hücum etməsi barədə xarici KİV-də yayılan məlumatları təkzib edib.

“Obyektin bombalanması Suriyanın suverenliyinin pozulmasıdır. Bu hücum İsrailin Türkiyə və Qətərlə birlikdə Suriyaya qarşı terror kampaniyasında iştirakının sübutudur. Növbəti təcavüz aksiyası İsrailin ərəblərə və müsəlmanlara qarşı cinayətləri siyahısına əlavə olunur. Bu, Suriyanı və onun rolunu zəiflətməyəcək, Suriya xalqının ərəblərin və fələstinlilərin azadlıq hərəkatına dəstəkdən çəkindirməyəcək”, - Suriya hərbi komandanlığının yaydığı bəyanatda deyilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar