İsrail daha bir gəmini saxladı
05 İyun 2010 Şənbə 10:40
İrlandiyaya məxsus gəmi beynəlxalq sularda saxlanılıb.
İsrail sahil mühafizə xidməti növbəti dəfə Qəzza zolağına humanitar yardım aparan gəmini saxlayıb. İrlandiyaya məxsus “Reyçel Kori” gəmisini İsrail Xüsusi Təyinatlıları və Hərbi Dəniz Qüvvələri Aralıq dənizində Qəzza sahillərindən 25 kilometr aralıda saxlayıb. Bu isə beynəlxalq sular hesab olunur.
Qeyd edək ki, bir müddət bundan əvvəl hüquq müdafiəçiləri gəminin göyərtəsində heç bir silahın olmadığını və İsraril rəsmilərinin istədiyi təqdirdə ora baxış keçirə biləcəyini bildiriblər. İsrailin Müdafiə Nazirliyi isə öz növbəsində Qəzza zolağına gedən istənilən gəminin saxlanılacağını bildirib.
Xatırladaq ki, ABŞ administarsiyasi İrlandiyaya məxsus “Reyçel Kori” gəmisindəki fəallara İsrailin Aşdod limanına yan almağı məsləhət görmüşdü. Buna səbəb isə gəmidəki yükün İsrail tərəfindən yoxlanımasından sonra quru vasitəsiylə Qəzzaya göndərilməsi planı idi. Lakin gəmidəki fəallar isə bundan imtina ediblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: