Çəyirtkələrin uzun məsafə qət edərək İsrailə necə keçməsi sual olaraq qalır.
İsrailin Ramat Neqev şəhərində yaşananlar yerli əhalini şoka salıb. Bir gecə ərzində şəhəri milyonlarla çəyirtkə basıb. Misir sərhədlərindən ölkəyə keçdiyi güman edilən çəyirtkələrin bölgənin kənd təsərrüfatına ciddi ziyan vuracağı təhlükəsi ilə qarşı-qarşıya qalan hökumət dərhal tədbirlər görməyə başlayıb. Kənd təsərrüfatı nazirliyi ilkin addımı kimi bölgənin təyyarədən pestisidlər vasitəsi ilə təmizlənməsi işinə start verib. Çəyirtkələrin uzun məsafə qət edərək İsrailə necə keçməsi isə sual olaraq qalır. İlkin ehtimallara əsasən, onlar güclü küləklərin səyasəində uzaq məsafəyə uça biliblər.
Xatırladaq ki, bir neçə gün əvvəl Misirin şimalındakı Sina yarımadasının çəyirtkələrin hücuçmuna məruz qalması, İsrailə istiqamətlənmiş həşəratların bu ölkə ictimaiyyətimdə
təşvişə
səbəb olması barədə məlumat yayılmışdı. Belə ki, israillilər çəyirtkə hücumunun Allahın İncildə xəbər verdiyi bəlalardan biri olduğuna inanırlar.