İsrail atəşkəsə razılıq verib
19 Avqust 2014 Çərşənbə Axşamı 08:12
İsrail KİV yaydığı rəsmi məlumatda Ramalla və Qahirənin daha əvvəl iddia etdiyi HƏMAS-la saziş imzalaması barədə heç nə deyilmir.
İsrail kütləvi informasiya vasitələrinin yaydığı rəsmi məlumatda Ramalla və Qahirənin daha əvvəl iddia etdiyi HƏMAS-la saziş imzalaması barədə heç nə deyilmir.
ANS PRESS-in məlumatına görə, 5 günlük humanitar atəşkəsin vaxtının bitməsinə təqribən yarım saat qalmış misirli vasitəçilər bildiririblər ki, HƏMAS da atəşkəs və danışıqların davam etməsinə razılıq verib.
Öz növbəsində “İslam Cihadçıları” danışılan atəşkəs vaxtı bitən kimi raket zərbələrinin davam edəcəklərini demişdi.
Qeyd edək ki, “Əl-Cəzirə” bu gün gecə yarı sazişin yekun olaraq imzalanacağını xəbər vermişdi.
Hətta, yekun sazişin bəndləri də mətbuatda yer almışdı. Belə ki, Fələstin tərəfinin məlumatına görə, İsraillə razılaşmaya aşağıdakı bəndlər daxildir:
1. Qəzzanın blokadasının tam götürülməsi, bütün sərhəd keçid məntəqələrinin açılması, beynəlxalq müfəttişlərin nəzarəti altında Qəzzanın tikinti materialları ilə təchizatının bərpa olunması;
2. FA-nın milli birlik hökumətinin nəzarəti altında Qəzzanın yenidən qurulması;
3. Altı ay ərzində balıqçılıq sahələrinin 6-12 mil arası mərhələli şəkildə genişləndirilməsi;
4. Bir il ərzində Qəzzanın tam elektriklə təchiz olunması;
5. Bir aydan sonra yenidən araşdırılması şərti ilə prinsipial olaraq Qəzzada hava və dəniz limanlarının tikintisinə razılığın verilməsi;
6. Qəzzanın təhlükəsizlik zonasından ordunun dərhal çıxarılması.
DOSTLARINLA PAYLAŞ: