İsrail 1500 yeni binanın tikintisini bəyənib
30 Oktyabr 2013 Çərşənbə 10:18
Binaların tikilməsi ilə bağlı qərar, Vaşinqtonda danışıqların gedişatında Fələstin tərəfi ilə razılaşdırılıb.
İsrail tərəfi şərqi Yerusəlimdə 1500 yeni binanın tikintisini bəyənib. ANS PRESS-in Franss-Press agentiliyinə istinadən verdiyi xəbərə görə, baş nazir Benyamin Netanyahu və daxili işlər naziri Qideon Saar Şərqi Yerusəlimdə, Ramat-Şlomonun yəhudi qəsəbəsində yeni evlərin tikintisini bəyənib.
Binaların tikilməsi ilə bağlı qərar Vaşinqtonda danışıqların gedişatında fələstin tərəfiylə razılaşdırılıb. Fələstin tərəfi isə belə bir razılığın olması fikirlərini təkzib ediblər.
Qeyd edək ki, binaların tikintisi barədə bəyanat İsrail tərəfinin 26 fələstinli məhbusu azad etməsindən sonra verilib.
Xatırladaq k, BMT bu ərazilərin İsrail tərəfindən işğal edilməsi faktını təsdiqlədib.
DOSTLARINLA PAYLAŞ: