İspaniya Hərbi Hava Qüvvələrinə məxsus iki F-18 Hornet tipli qırıcı təyyarə bu gün Kanar adalarından 60 mil cənub-şərqdə toqquşub. ANS PRESS-in “BBC”yə istinadən verdiyi xəbərə görə, hər iki pilot sağ qalıb.
Pilotları tibbi müayinədən keçmək üçün xəstəxanaya yerləşdiriliblər.
Hadisə baş verən zaman təyyarələr 10 min metr yüksəklikdə olub. /ANS PRESS/