İspaniyada pomidor festivalı keçirilib
25 Avqust 2010 Çərşənbə 23:20
Festivalda 100 ton pomidordan istifadə olunub.
İspaniyanın Valensia şəhərinin La Foia de Bunyol qəsəbəsində pomidor festivalı keçirilib. 1945-ci ildən bu yana hər il avqust ayının sonuncu çərşənbə günündə keçirilən festivalda bu il 100 ton pomidor istifadə olunub. Əsasən gənclərdən ibarət olan festival iştirakçılarının sayı 40 min nəfərə çatıb.

Turistləri cəlb etmək məqsədi ilə təşkil olunan festival bir saat davam edib. Qaydalara görə, burada pomidorları heç kimin yaralanmaması üçün əldə sıxdıqdan sonra atmaq lazımdır.

Festivalın keçirilməsinə cavbdeh olan bələdiyyə rəsmiləri isə pomidor festivalını iqtisadi böhran stresindən azad olmağın ən yaxşı üsulu olduğunu bildiriblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar