İspaniyada meşə yanğınlarının ardı-arası kəsilmir
29 İyul 2009 Çərşənbə 00:00
Son günlər yanğınlar 20 min hektar ərazini əhatə edib

 

İspaniyada artıq bir həftədir ki, güclü meşə yanğınları davam edir. ANS PRESS-in “İnterfaks”a istinadən verdiyi xəbərə görə, yanğınsöndürənlər yanğınların söndürülməsi üçün səylərini davam etdirir.

Yanğınsöndürənlərin informasiyasına görə, onlar artıq Araqon muxtar vilayətindən başqa bütün iri yanğın ocaqlarından alovun yayılmasının qarşısını ala bilib.

Son günlər yanğınlar 20 min hektar ərazini əhatə edib. Bununla yanaşı ən çox zərərçəkən Araqon vilayətidir ki, burada demək olar ki, 12 hektar meşə sahəsi yanaraq külə dönüb./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar