İspaniyada korrida üçün öküz klonlanıb
19 May 2010 Çərşənbə 20:15
İspaniyada korrida üçün öküz klonlanıb. Yeni dünyaya gələn buzovun çəkisi 24 kiloqramdır.
Vinsent Torrentin rəhbərlik etdiyi bir qrup ispan genetiki korrida üçün döyüş öküzünü klonlayıb. “Associated Press”in verdiyi məlumata görə, çəkisi 24 kiloqram olan “Qot” adlı buzov doğulandan bir gün sonra ictimaiyyətə nümayiş olunub.

Həkim Torrentin sözlərinə görə, “öküzün qiymətli genləri”ni qorumaq üçün texnologiyanı hazırlamağa o, bir neçə ilini sərf edib. Alim ümid edir ki, öküz arenada da öz genetik əcdadı “Vasito”nun coşqunluğunu nümayiş etdirə biləcək.

İlk dəfə heyvanların klonlanması üzrə əməliyyat 1996-cı ildə keçirilib, o zaman qoyun “Dolli” klonlanıb. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar