İspaniyada bir insanın üzü digərinə köçürülüb. Bu, həmin ölkədə həyata keçirilən ilk əməliyyatdır.
«Ria Novosti»nin verdiyi xəbərə görə, cərrah Pedro Kavadas ölkə tarixində ilkə imza atıb. Bir sutkaya yaxın davam edən əməliyyat nəticəsində adı açıqlanmayan şəxsin sifəti tamamilə dəyişib. Cərrah bildirib ki, əməliyyat zamanı problemlə üzləşməyiblər.
Məlumat üçün bildirək ki, üzdəyişmə əməliyyatı indiyə qədər üç ölkədə- Fransa, Çin və ABŞ-da həyata keçirilib. /ANS PRESS/