İspaniyada 10 yaşlı qız ana oldu
03 Noyabr 2010 Çərşənbə 05:15
Körpənin nənəsi isə onların ölkəsində azyaşlıların dünyaya körpə gətirməsinin adi hal olduğunu deyib.
İspaniyanın cənubunda yaşayan 10 yaşlı bir qız dünyaya uşaq gətirib. Əndəüs əyaləti Əhalinin Sosial müdafiəsi naziri Maykl Navaro Xeres de la Frontera şəhərində keçən həftə dünyaya gələn körpənin baxılmaq üçün ailəsinə verilib-verilməmə məsələsinin hələlik müzakirə mərhələsində olduğunu bildirib. Körpənin atasının da azyaşlı olduğunu deyən Navaro onun cinsiyyəti və səhhəti barədə məlumat verməyib.

İspan mətbuatı azyaşlı ananın rumıniyalı olduğunu yazır. Körpənin nənəsi isə onların ölkəsində azyaşlıların dünyaya körpə gətirməsinin adi hal olduğunu deyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar