İspaniya yasa batdı
24 Mart 2014 Bazar Ertəsi 03:33
İspaniyada demokratiyaya keçidin memarı olaraq qəbul edilən keçmiş baş nazir Adolf Suares vəfat edib.
İspaniyada demokratiyanın memarı öldü.
ANS PRESS-in xəbərinə görə, İspaniyada demokratiyaya keçidin memarı olaraq qəbul edilən keçmiş baş nazir Adolf Suares vəfat edib.
Uzun müddətdir yaddaş pozğunluğu olduğu deyilən keçmiş liberal nazir 81 yaşında paytaxt Madriddə dünyasını dəyişib.
İspaniyada Franko diktatorluğunun sona çatmasından sonra seçilmiş ilk baş nazir olaraq vəzifə yerinə yetirən Suares "demokratiyaya keçidin memarı" adlanırdı.
1976-cı ildə Kral Xuan Karlos tərəfindən gözlənilməz bir qərarla baş nazirliyə təyin edilən Suares bir il sonra keçirilən ilk azad seçkilərdə üstünlük qazanaraq baş nazirlik vəzifəsinə davam edib.
Suares 1976 - 1981 illəri arasında baş nazirlik postunda olub.
1981-ci ildə baş nazirlik vəzifəsindən istefa edən Suaresin yenidən siyasətə qayıtmaq cəhdləri müvəffəqiyyətsizliklə nəticələnib.
Suaresin ölümüylə əlaqədar ölkədə 3 günlük yas elan edilib.
DOSTLARINLA PAYLAŞ: