İspaniya su altında qalıb
29 Sentyabr 2009 Çərşənbə Axşamı 19:00
Şəhərlər arasında ən çox Malyorka zərər çəkib
Artıq bir neçə gündür davam edən güclü yağışlar nəticəsində İspaniyanın əhəmiyyətli rayonları su altında qalıb. Təkcə Mursiya vilayətinə iki sutka ərzində illik normaya bərabər, yəni bir kvadrat kilometrə 250 litr yağış yağıb. Burada və vəziyyətin nisbətən yaxşı oluduğu Valensiya vilayətində əksər ikitərəfli avtomobil yolları su altında qalıb.
İspaniyanın kurort ərazisi sayılan Balear adalarına artıq iki həftədir ki, dayanmadan yağış yağır.
Şəhərlər arasında isə daha çox Malyorka zərər çəkib. Belə ki, burada evlərin və mağazaların zirzəmilərini, həmçinin yerltı qarajları su basıb.
DOSTLARINLA PAYLAŞ: