İspaniya-Mərakeş sərhədinə kütləvi hücum
24 İyul 2013 Çərşənbə 08:42
Qanunsuz miqrantlarda 100-ə yaxını 3 metrlik dəmir çəpəri aşaraq, qarşı tərəfə keçib.
Mərakeşdə 400-ə yaxın afrikalı immiqrant İspaniyanın Şimali Afrikadakı Melila anklavına hücum edib. Bununla qanunsuz yolla İspaniya sərhədini keçməyə çalışan, mərakeşli miqrantlardan 100-ə yaxını 3 metr hündürlükdə olan dəmir çəpərlərə dırmanaraq, qarşı tərəfə keçməyi bacarıb.
Habelə onların çoxu İspaniya ərazisində yaxalanaraq, deportasiya prosedurlarına qədər müvəqqəti sığınacaqlara yerləşdirilib.İspaniyanın yerli hökümət rəsmisinə görə, miqrantların ilk dalğası səhər saatlarında müşahidə olunub. İki ayrı qrup eyni vaxtda anklavın 2 sərhəd nöqtəsinə hücum edib. 80 min nəfərlik əhalisi olan Melila anklavı Mərakeş və İspan anklavı olan Seuta ilə həmsərhəddir.
İspaniya Kanar adalarından ölkə ərazisinə qanunsuz keçidə qarşı tədbirləri gücləndirdiyindən digər tərəfdən isə Şimali Afrikada son illər yaşanan zorakılıq dalğası və qeyri-sabit vəziyyət, anklav sərhədlərinə oxşar kütləvi hücumların sayını artırıb. Sonuncu dəfə martın 11-də 3 metrlik çəpəri keçməyə çalışan miqrantlardan 25-ə yaxını xəsarət almışdı. Mərakeşli hüquq müdafiə təşkilatına görə, onlardan biri, kamerunlu 30 yaşında olan miqrant aldığı xəsarətin ağırlığından dünyasını dəyişmişdi.
DOSTLARINLA PAYLAŞ: