İspaniya iqtisadiyyatı çökür
13 Sentyabr 2013 Cümə 20:14
Alınan bütün tedbirlere baxmayaraq, İspaniya hökumeti qarşıya qoyduğu meqsedine çata bilmeyecek.
İspaiyada davam edən maliyyə böhranı rekord həddə çatıb. ANSPRESS-in “Euronews”a istinadən verdiyi xəbərə görə, bu ölkənin iyun ayında olan ictimai borcu yüksək həddə çatıb.
İspaniya Mərkəzi Bankından verilən açıqlamada bu ilin birinci yarısına olan borcların 942,8 milyarda avro olduğu açıqlanıb. Bu rəqəm isə ölkənin illik iqtisadi istehsalının 92 %-indən çoxu deməkdir.
Ötən illə müqayisədə bu illki borc daha 14,7 % artıb. İspaniya hökuməti illik borcu 91 % -lə proqnozlaşdırsa da, artıq ilin ortasından bu rəqəm 92 %-ə çatıb. Bu isə o deməkdir iki, alınan bütün tədbirlərə baxmayaraq, hökumət qarşıya qoyduğu məqsədinə çata bilməyəcək. İl sonunda İspaniyanın dövlət borclarının bir qədər də artacağı istisna deyil.
DOSTLARINLA PAYLAŞ: