İspaniya erməniləri məyus etdi
24 May 2012 Cümə Axşamı 14:31
Bu ölkənin parlamenti 1915-ci il hadisələri ilə bağlı erməni iddialarını rədd edib.
İspaniya parlamentinin xarici işlər komissiyası 1915-ci il hadisələri ilə bağlı erməni iddialarının tanınmasına dair təklifi rədd edib. ANS PRESS-in "CNN Türk"ə istinadla verdiyi məlumata görə, təklifin lehinə 3, əleyhinə isə 36 səs verilib.

Bask bölgəsində fəaliyyət göstərən "Amaiur" koalisyasından olan 2 millət vəkilinin ölkə parlamentində gündəmə gətirdiyi erməni iddialarının tanınmasına dair təklif ötən gün xarici işlər komissiyasında gündəmə gətirilib.

Layihəni ancaq Birləşmiş sol (IU) ilə Bask bölgəsində fəaliyyət göstərən Bask Milliyətçi Partiyası (PNV) dəstək verib. İqtidardakı Xalq Partiyası (PP) və ana müxalifətdəki Sosialist İşçi Partiyası (PSOE) başda olmaqla bütün digər siyasi partiyalar isə təklifə qarşı çıxıb.

PP-nin sözcüsü Jose Maria Beneyto parlamentin tarixi təftiş etməyə qarşı olduqlarını, bunun əvəzinə Türkiyə və Ermənistan arasındakı yaxınlaşmanı təşvik etmək istədiklərini bildirib. Ana müxalifətin deputatı Meritxell Batet də Fransanı nümunə gətirərək, bu tip qərarların Türkiyə-Ermənistan münasibətlərinə mənfi təsir etdiyini bildirib. "Uzlaşmağı təşviq etmək ən yararlı yoldur. Sadəcə bu şəkildə gerçək bir həll ola bilər".

Demokratiya və Mütərəqqi Birlikdən (UPyD) olan millətvəkili Irene Lozano da b təklifə etiraz edib: "Buraya gəlib erməniler üçün timsah gözyaşları tökmədən və qəhrəmanlıqdan bəhs etmədən öncə bask bölgəsindəki terror hücumlarında həyatlarını itirənlər üçün ağlayın və bu hücumları qınayın. Məncə bu hərəkət ikiüzlülükdür".

Qeyd edək ki, İspaniya parlamentində gündəmə gətirilən son təklifdən öncədə, Katalonya Cümhuriyətçi Solu (ERC) partiyası 2010-cu ilin mart ayında iddialarla bağlı başqa bir təklifdə irəli sürmüşdü. Ancaq bu təklifdə rədd edilmişdi.



DOSTLARINLA PAYLAŞ:

oyunlar