İslama görə Tanqo haramdır
29 Aprel 2010 Cümə Axşamı 04:40
Türkiyənin Diyarbəkir vilayətində keçirilməsi planlaşdırılan 1-ci Tanqo festivalı yerlilərin kəskin reaksiyası ilə qarşılanıb.
Türkiyənin Diyarbəkir vilayətində keçirilməsi planlaşdırılan 1-ci Tanqo festivalı yerlilərin kəskin reaksiyası ilə qarşılanıb. “İnsani Haq və Hürriyətləri” dərnəyinin (HÜR-DER) Diyarbəkir şöbəsi tərəfindən verilən açıqlamada Tanqo rəqsinin İslam inancına görə haram olduğunu bildirib. “Tanqo İslam xaricində olan ictimaiyyətin əyləncə mədəniyyətidir. Yad bir qadınla kişinin göz-gözə, burun-buruna, bir-birlərinə sarılaraq oynamaqları İslama görə haramdır”.

Qeyd edək ki, əsasən kürd əhalinin yaşadığı Diyarbəkir şəhəri dərnək rəsmiləri açıqlamanı kürd xalqı adına verib: “Müsəlman kürd xalqının namusuna düşkün olması belə rüsvayçılıqlara dözümü yoxdur. Müsəlman xalqımız bunun iffət və namus anlayışına qarşı törədilən hücum olduğunu çox yaxşı bilir”.

Bundan başqa açıqlamada, regionda bu cür həyasız tədbirlərin dayandırılması üçün ölkə rəsmilərinə çağırış göndırilib: “Əlaqədar təşkilatları müntəzəm olaraq bölgəmizdə keçirilən bu cür həyasız tədbirlərə qarşı təcili tədbir görməyə çağırırıq. Diyarbəkirin bütün ictimai sivil qurumlarını və xalqımızı sivil reaksiyalarını nümayiş etdirərək bu rüsvayçılığı dayandırmalarını gözləyirik”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar