İslam rus mədəniyyətinin parlaq elementidir
23 Oktyabr 2013 Çərşənbə 03:30
Vladimir Putin Rusiya müsəlmanları mərkəzi ruhani idarəsinin yaradılmasının 225-ci ildönümü ilə bağlı tədbirdə iştirak edib.
Rusiya prezidenti Vladimir Putin İslama verdiyi dəyərdən danışıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiya prezidenti Vladimir Putin Başqırdıstanın paytaxtı Ufa şəhərində “Rusiya müsəlmanları mərkəzi ruhani idarəsi”nin yaradılmasının 225-ci ildönümü ilə bağlı tədbirdə İslamın rus mədəniyyətinin parlaq elementi olduğunu bildirib.

O, 225 il əvvəl əvvəl Rusiya müsəlmanları ruhani idarəsinin təsis ediilməsi ilə bağlı əmri xatırladıb. Prezidentin fikrincə, bu o zaman bütün dünyaya, Avropaya dini azadlığı və kamilliyi göstərib.

Putin əmindir ki, bu qərar, Avropa ilə Asiyanı, şərqlə qərbi birləşdirən unukal sivilizasiyanın təcrübəsi tərəfindən diktə edilib.

“Bununla yanaşı hər bir etnos öz xüsusiyyətini saxlayıb”. O əlavə edib ki,Rusiya xalqlarının mənəvi birliyi ümumi mənəvi dəyərlərin yaratdığı müxtəlif mədəniyyətlərin və konfessiyaların sıx dialoqu sayəsində - ədalətlilik, həqiqət, əməksevərlik, hörmət sayəsində formalaşıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar