İslam peyğəmbərini təhqir edən karikaturaçını baltalamaq istəyiblər
02 Yanvar 2010 Şənbə 10:35
Danimarka polisi 28 yaşlı Somali vətəndaşını yaralayaraq, sui-qəsdin qarşısını alıb
Danimarka hüquq-mühafizə orqanları Məhəmməd peyğəmbəri təhqir edən qalmaqallı karikaturanın müəllifi Kurt Vesterqaarda qarşı sui-qəsdin qarışsını alıb. Məlumatı PET kəşfiyyat xidmətinin rəhbəri Yakob Şarf açıqlayıb. Onun sözlərinə görə, ötən axşam balta və bıçaqla silahlanmış 28 yaşlı Somali vətəndaşı Orxus şəhərində Kurt Vesterqaardın evinə daxil olmaq istəyib. Polis əməkdaşları açdıqları atəşlə Somali vətəndaşını yaralayıblar və qalmaqallı karikatura müəllifini qoruyublar.

Xüsusi xidmət orqanlarının məlumatına görə, basqınçı Somalidəki “Əş-Şəbaab” qruplaşması və “Əl Qaidə”nin Afrikanın qərbindəki nümayəndələri ilə sıx əlaqədədir. Danimarka hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi dəyərləndirir.

Xatırladaq ki, 2009-cu ilin fevralında azı 17 Danimarka qəzetində Məhəmməd peyğəmbərin karikaturaları dərc edilib. Nəticədə bütün müsəlman dünyasında etirazlar baş qardırdı. Yaranan qarşıdurmalarda azı 50 nəfər ölüb. O cümlədən, 2009-cu ilin iyununda Pakistanın paytaxtı İslamabadda Danimarka səfirliyinin binası qarşısında partlayış törədilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar