İslam Kerimov Rusiyanı tenqid etdi
13 Sentyabr 2013 Cümə 18:13
İslam Kerimov: Bu teklifin esl sahibi Suriyanın özü olmalı idi.
Özbəkistan prezidenti İslam Kərimov Rusiyanı üstüörtülü şəkildə tənqid edib. ANSPRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Kərimov nitqində kimyəvi silahlarla bağlı rəsmi Moskvanın mövqeyini qınayıb. Qırğızıstanın paytaxtı Bişkekdə davam edən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT ) üzv dövlətlərin prezidentlərinin zirvə toplantısında çıxış edən Özbəkistan prezidenti Rusiyanın Suriyanın kimyəvi silahlarını təhvil verməsi ilə bağlı təklifi haqqında deyib: “Bu təklifin əsl sahibi Suriyanın özü olmalı idi”. İslam Kərimov həmçinin Suriyanın BMT-nin kimyəvi silahlarla bağlı konvensiyasına qatılmasının da vacibliyini qeyd edib.
DOSTLARINLA PAYLAŞ: