İslam dininin gözəlliyi məni ovsunlayır
15 Aprel 2011 Cümə 04:27
Almaniyanın təhsil naziri imamların da məktəblərdə din dərsi verməsini təklif edib
“İmamlar da keşişlər kimi məktəblərdə din dərsi verməlidir”. Bunu Almaniyanın təhsil naziri Annette Şavan həftəlik “Wochenzeitung” qəzetinə verdiyi müsahibədə deyib. Bunun üçün əvvəl Almaniya universitetlərinin müvafiq fakultələrini bitirmək şərti qoyulmasını təklif edən nazir İslam dinindəki müəyyən qaydalara bağlı yaşamaq prinsipinin müsbət mənada onu ovsunladığını deyib.

Bundan başqa nazir müsəlmanların ictimai yerlərdə ibadət etmələrinin radikal bir rəftar olduğunu deyən xristianları da tənqid edib: “Müsəlmanlar öz dinlərini gizli yaşamağa məcbur deyillər. Bu kimi çıxışlar İslam dinini siyasiləşdirməkdir”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar