İşıqforda dayanan sürücünün 500 min dolları oğurlandı
17 Dekabr 2009 Cümə Axşamı 17:15
İşıqforda dayanan sürücünün 500 min dolları oğurlandı. Hadisə Moskvanın mərkəzində baş verib.
Moskvanın mərkəzində soyğunçular bir kişinin 500 min dollarını əlindən alaraq qaçıb. Paytaxtın hüquq-mühafizə orqanlarından verilən məlumata görə, cinayət bu gün 14:00 radələrində Qroxol döngəsində baş verib.
“İşıqforun qırmızı işığı yandığından avtomobili saxlayan sürücüyə naməlum şəxslər hücum edərək onu maşından çıxarıb. Sürücünü döyən qarətçilər onun içərisində pul olan çantasını aparıb”, - deyə mənbədən bildiriblər.
Daha sonra canilər qara rəngli xarici maşına minərək hadisə yerindən uzaqlaşıb. “Hazırda hadisə yerində operativ-istintaq qrupu işləyir, zərərçəkən sorğu-sual olunur. Lakin o şokda olduğundan cinayətkarların əlamətlərini deyə bilmir”, - deyə məlumatda qeyd olunub.
Güman olunur ki, cinayət hadisəsi əvvəlcədən planlaşdırılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: