Işık Koşaner istefa verdi
29 İyul 2011 Cümə 20:57
Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi Işık Koşanerin istefasının səbəbləri açıqlanmır.
Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi, ordu generalı İşık Koşaner istefa verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hələki istefanın səbəbləri açıqlanmır.

Xatırladaq ki, İ. Koşaner dünən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla təkbətək görüş keçirib və bu gün tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.

Avqustun 1-də Ali Hərbi Şuranın iclası keçiriləcək. Baş qərargah rəisi postuna yeni təyinat Ali Hərbi Şuranın iclasında müəyyənləşə bilər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar