İŞİD xristianların şəhərini tutdu
07 Avqust 2014 Cümə Axşamı 18:40
İŞİD İraqın ən böyük xristian şəhərini və ətrafdakı əraziləri tutub. Roma Papası İraqda xrisitanların qorunmasını istəyib.
İŞİD İraqın ən böyük xristian şəhərini və ətrafdakı əraziləri tutub.
ANS PRESS-in məlumatına görə, on minlərlə xristian evlərindən qaçır.
Bu gün Qaraqoş şəhərinin tutulmasından qabaq kürdlərin peşmərqə silahlıları islamçılarla döyüşdə məğlub olaraq şəhəri tərk edib.
İslamçılar xristianların yaşadıqları Tall Kayf, Bartella, Karamleş şəhərlərini də tutub.
Bu gün Roma Papası Fransisk bütün dünya hökumətlərinə müraciət edib ki, İraqda xrisitanları qorusunlar.
İraq Kürdüstanının televiziyası xəbər verir ki, kürdlərin əksəriyyət təşkil etdiyi 2 şəhər – Mahmour və Gvar da islamçılar tərəfindən tutulub.
Hazırda islamçılar İraq Kürdüstanının 20 km-liyindədir.
Qaraqoşda 50 min adam yaşayır, ancaq bura o biri şəhərlərdən qaçıb gələnlər çox idi. Onlar peşmərqə qüvvələrinin himayəsinə ümid edirdi.
İslamçılar tutduqları şəhərlərdə qeyri-müsəlmanlara təklif edirlər ki, ya islamı qəbul etsinlər, ya da ölümlə üzləşəcəklər.
İslamçıların tutduğu Sincar şəhərindən minlərlə yezidi dağlara qaçıb.
BMT bildirib ki, İraqın şimalında islamçıların irəliləməsi ilə 200 min adam evindən didərgin düşüb.
DOSTLARINLA PAYLAŞ: