İŞİD Türkiyəni vurub
27 Oktyabr 2014 Bazar Ertəsi 15:55
Silahlılar tərəfindən atılan raket mərmilərindən biri Şanlıurfa vilayətinə düşüb.
İŞİD silahlılarının Kobani şəhər mərkəzini ələ keçirmələrinə dair xəbərlər yayılıb.
ANS TV- nin məlumatına görə, tərəflər arasında baş verən qarşıdurmalar zamanı İŞİD-çilər kürd partiyası PYD-nin baş qərargahını top və digər ağır artilleriyadan atəşə tutublar. Peşmərgə silahlıları isə, şəhərin şərq hissəsindən terrorçu qruplaşmanın mövqelərini hədəfə alıblar. Gün ərzində qarşıdurmalar davam etsə də, anti-İŞİD koalisiyasına məxsus qırıcıların İŞİD-çilərə müdaxiləsi müşahidə olunmayıb.
Kürd döyüşçülər Amerika Birləşmiş Ştatlarına İŞİD mövqelərinin bombalanması üçün çağırış edib. Kürd komandanlığı İŞİD silahlılarının onların nəzarəti altında olan Raqqa şəhərindən tank, ağır artilleriya və silah ehtiyatı əldə etdiyini məruzə edib.
Döyüşlər zamanı İŞİD silahlıları tərəfindən atılan raket mərmilərindən biri Türkiyənin Şanlıurfa vilayətinə düşüb. Məlumata görə, mərmi bir qədər əvvəl təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə olunan mühacir düşərgəsinə tuş gəlib. Hadisə zamanı ölən olmayıb.
DOSTLARINLA PAYLAŞ: