İŞİD Türk ordusu ilə qarşı qarşıyadı
08 Oktyabr 2014 Çərşənbə 12:34
İŞİD terror qruplaşması Suriyanın Türkiyə ilə sərhədində yerləşən Kobani şəhərində səngər qazır.
ANS PRESS-in məlumatına görə, İŞİD xüsusi müdafiə üsullarına əl atıblar.

Belə ki, İŞİD Tütrkiyə ilə sərhəd kəndlərdə dərin xəndəklər qazır. İŞİD qüvvələri bayraqlarını qazılan xəndəklərə sancıblar. Bundan əlavə, terrorçular zirehli texnikalarını xəndəklərin yaxınlığında növbələrə düzüblər. Bununla İŞİD Türkiyənin edəcəyi hücumun qarşısını almaq niyyətindədir.

Qeyd edək ki, baş nazir Əhməd Davudoğlu bəyan edib ki, Türkiyə Suriyada İŞİD yaraqlılarına qarşı yerüstü əməliyyatlarda yalnız bir şərtlə iştirak edəcək ki, bu ölkə üzərində hava məkanı uçuşsuz zona elan edilsin.



DOSTLARINLA PAYLAŞ:

oyunlar