İŞİD qüvvələri Türkmənistan Əfqanıstan sərhəddində toplanır
06 Fevral 2015 Cümə 09:18
Türkmənistan ordusunun zabiti İŞİD-in sərhəddi keçə biləcəyini istisna etmir.
İŞİD qüvvələri Türkmənistan Əfqanıstan sərhəddində toplanır.

ANS PRESS-in məlumatına görə, bu barədə xəbəri kütləvi informasiya vasitələri Əfqanıstanın Milli təhlükəsizlik idarəsinə istinadən yayıb.

İdaərdən verilən məlumata görə İŞİD qüvvələri Əfqanıstanın cənubundan şimal tərəfə hərəkət edib. Türkmənistanın “Radio Azatlıx” portalı isə xəbər yayıb ki, İŞİD yaraqlıları Əfqanıstanın- Türkmənistanla sərhəddində, Fəryab yaşayış məntəqəsinin Almar rayonunda görünüb.

Fəryabdan olan senator Qulmuhamməd Rəsuli isə bildirib ki, burada yığışan İŞİD-qüvvələri içində çoxlu Özbəkistandan və Türkmənistandan olan yaraqlılar var.

“Təhlükəsizlik idarəsindən və Fəryab camaatının verdiyi məlumatlar Əfqanıstan-Türkmənistan sərhəddində vəziyyəti pisləşdirə bilər”- deyə Rəsuli bildirib.

Rəsuli əlavə edib ki, “Terroçular Fəryabda özlərinin güclü mərkəzlərini yaratmaq istəyir”.

Yayılan xəbərlərə Türkmənistandan da rəsmi reaksiya gəlib. Əfqanıstanla sərhəddə ayrıca qüvvələr də yeridilib.

Türkmənistan ordusunun polkovnik-leytenantı N.Soltan ölkəsinin ordusunun İŞİD-ə cavab vermək iqtidarında olduğunu bildirib.

Onlar “Türkmənistana girməyə cəsarəti yoxdur. Çünki bilirlər ki, lazımi cavabların alacaqlar. Onlar ola bilər özlərinin dağ ərazisizində güclüdürlər. Lakin türkmənistanın düzənlik ərazisində onlar məğlubiyyətə uğrayacaqlar ”- deyə Soltan bildirib və son illər türkmən ordusunun müasir silahlandırılması nəticəsində artan gücündən xəbər verib.

Sərhəd qoşunları Əfqanıstandan gələn hər bir həmləyə şiddətli reaksiya verəcək- deyən Soltan orduda nizam-intizam qaydalarının da yaxşılaşdığını bildirib.

Ümumiyyətlə Türkmənistan tərəfi vəziyyətin kontrol altında olduğunu və sərhədə yaraqlıların hər bir hərəkətinin izləndiyini bildiriblər.

Qeyd edək ki, keçən il sərhəddə Türkmən ordusu ilə Taliban yaraqlılarının toqquşması nəticəsində bir neçə türkmən əsgəri həyatını itirmişdi.

Soltan N. əlavə edib ki, hətta terrorçular Türkmənistan ərazisinə girə bilsələr belə burada öz ideyalarını dəstəkləyən türkmən tapa bilməzlər. Onların xəlifəlik yaratmaq iddiaları türkmənistanda dəstəklənmir.

Hər bir halda bununla Türkmənistan ordusunun zabiti İŞİD-in sərhəddi keçə biləcəyini istisna etmir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar