İŞİD Qurani-Kərimi dəyişdirmək istəyir
02 Avqust 2014 Şənbə 12:10
İraq Şam İslam Dövləti terror təşkilatı Qurani-Kərimin bəzi hissələrində dəyişiklik edəcəyini açıqlayıb.
ANS PRESS-in məlumatına görə, İraqda etdiyi qırğınlarla gündəmə gələn İŞİD indidə "Quran"ın dəyişdirildiyini iddia edərək, təhrif olunan surələri yenidən yazacağını bildirib.
Terror təşkilatı xüsusilə "Kafirun" surəsini dəyişdirmək istədiyinə də toxunub. Dini kitabın təhrif edildiyini iddia edən İŞİD buna bir son verəcəyini bildirib.
Qeyd edək ki, "Kafirun" surəsi Qurani-kərimin 109-cu surəsidir. Mənası "Kafirlər" deməkdir. Ayələrinin sayı 6, kəlmələrin sayı 27, hərflərin sayı 95-dir.
DOSTLARINLA PAYLAŞ: