İŞİD qadınları qaçırdı
10 Avqust 2014 Bazar 13:46
İŞİD yenə terror təşkilatı yezidilərin başlarını qoparıb, qadınları isə qaçırıb.
İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yezidilərə etdikləri hər kəsi heyrətə gətirib.
ANS PRESS-in məlumatına görə, Mosulun Şengal bölgəsini ələ keçirən İŞİD orada yaşayan yezidilərə hücum edib. Qırğınlardan qaçaraq Türkiyəyə pənah gətirən minlərlə yezidi kürd başlarına gələn müsibətləri danışıblar.
İŞİD-in hücumundan sonra sürətlə yaşadıqları yerləri tərk etdiklərini deyən köçkünlər çətin şərtlər altında kilometrlərlə yol qət edərək Türkiyəyə sığındıqlarını dilə gətiriblər:
"Uşaqlar aclıqdan öldülər. Şengalda yaşayan yezidilər qaçdılar. Qalan 1000-ə yaxın yezidini xilas etmək üçün bölgəyə helikopterlər göndərilib. Gecə saat 3-də İŞİD-in hücumuna məruz qaldıq. Biz məzlum insanlarıq. Günahsız yerə bizi öldürürlər. Hücumlarda türbələrimizə hücum etdilər, dağıtdılar. Şengaldan qaçarkən yolda ölənlərimiz oldu. Ölənlərimizi öz imkanlarımız ilə dəfn etdik. Kişi və uşaqları öldürüb başlarını qopardılar, qadınlarımızı isə apardılar. İŞİD ağır silahlar ilə gəldiyindən peşmərgələr də döyüşlərdən qaçıb".
Qeyd edək ki, hazırda bölgədə peşmərgə qüvvələri ilə İŞİD arasında toqquşmalar davam edir.
ABŞ hökuməti də havadan hücumlar təşkil edərək İŞİD-in ərazilərini bombalayır. ABŞ-ın hücumları zamanı xüsusilə silah anbarları və ağır artileriyalar hədəf alınır.
DOSTLARINLA PAYLAŞ: