İŞİD neft yataqlarını ələ keçirdi
03 Avqust 2014 Bazar 09:56
İraqda terrorçu İŞİD təşkilatını ilə toqquşma nəticəsində təhlükəsizlik xidmətinin 30 əməkdaşı və 16 kürd döyüşçüsü həlak olub.
ANS PRESS-in məlumatına görə, ekstremistlər bir neçə iri infrastrukturu ələ keçirmək istəyiblər.

Toqquşmalarda terroristlərdən 100 öldürülüb, 38-i isə əsir götürülüb. Lakin radikallar yenə də Zumar yaşayış məskəninin 2 neft yatağını ələ keçirə biliblər.

Xatırladaq ki, İraqda son böhran iyun ayının əvvəlində başlayıb. Bu zaman Suriyada vuruşan İŞİD terror təşkilatı şimal və qərb bölgələrindən İraqa hücuma keçir. Bu günə kimi davam edən hücumlar nəticəsində İŞİD Suriya və İordaniya əraziləri olmaqla bir neçə İraq şəhərini ələ keçirib. Təşkilat ağlasığmaz, İslama aidiyyatı olmayan fətvalar və kütləvi edamları ilə təəccüb doğurur.













































DOSTLARINLA PAYLAŞ:

oyunlar