İraq və Suriyada əsasən müsəlmanlara qarşı terrorçuluq edən İraq Şam İslam Dövləti İŞİD qruplaşması Livana da daxil olub.
ANS PRESS-in xəbərinə görə, Suriyada bir çox bölgəni nəzarətə götürən İŞİD terrorçuları bu ölkənin Livanla sərhəddini pozaraq 20-yə yaxın livanlı hərbçini girov götürüb.
İŞİD-ə aid sosial şəbəkələrdə isə girov götürülən Livan hərbçilərinin fotoları və videosu yayılıb.
Livanda nəşr olunan “Əd Diyar” qəzetinin ötən günkü buraxılışnda daxili işlər naziri general İbrahim Basbousa istinad olunan məlumatda, İŞİD-in şimaldakı Beqa vadisində şiələrin və xristianların yaşadığı köndlərə hücum planlaşdırdığı bildirilib.
“United Press” agentliyinə açıqlama verən İordaniya sələfi hərəkatının şəxsiyyətini gizlədən lideri isə Suriyadakı İŞİD terrorçularının Livana hücum etmək istiqamətində qərar qəbul etdiklərini deyib.