İŞİD liderləri hovuzda kef edirlər
05 Sentyabr 2014 Cümə 12:21
İslam Dövləti (İŞİD) terror qruplaşmasının liderlərinin lüks həyat tərzi görüntülənib.
“İslam Dövləti” (İŞİD) terror qruplaşmasının liderlərinin lüks həyat tərzi görüntülənib.

ANS PRESS-in məlumatına görə, İŞİD silahlılarının Suriyanın şimalında yerləşən Atmə kəndində yerləşən lüks villalarından fotoşəkillər yayılıb.

İraqın Mosul şəhərini ələ keçirdikdən sonra əməliyyatlarını davam etdirən İŞİD terror qruplaşması “5 ulduzlu döyüş”ün kefini sürürlər.

Fotoşəkillərdə onların yaşadıqları lüks villaların salonları, hovuzlarda əylənmələri xüsusilə diqqət çəkir.

Qeyd edək ki, aclıq və suszluqla mübarizə aparan suriyalıların yaşadığı qaçqın düşərgəsindən iki kilometr aralıda yerləşən Atmə kəndi İŞİD silahlılarının nəzarəti altındadır.









DOSTLARINLA PAYLAŞ:

oyunlar